RU

İlham Əliyevdən Xəzər dənizi ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
 
Moderator.az fərmanın mətnini təqdim edir:
 
1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 168 (Cild I); 2024, № 6 (I kitab), maddə 665, № 8, maddə 938) 2.4-cü bəndinə birinci halda “münasibətdə” sözündən əvvəl “, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahəsinin icarəyə verilməsinə” sözləri əlavə edilsin.
 
2. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 158 (Cild I); 2024, № 6 (I kitab), maddə 665, № 7, maddə 823, № 8, maddə 938) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
 
2.1. dördüncü abzasa “verilməsi” sözündən sonra “, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahəsinin icarəyə verilməsi” sözləri əlavə edilsin;
 
2.2. on beşinci abzasa “münasibətdə” sözündən əvvəl “, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahəsinin icarəyə verilməsinə” sözləri əlavə edilsin.
 
Избранный
26
17
moderator.az

10Источники