RU

Rusiya Müdafiə Nazirliyi ölkəyə ABŞ raketləri ilə hücumu təsdiqlədi - FOTO

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun ölkə ərazisinə ABŞ istehsalı olan ATACMS raketləri ilə zərbə endirməsini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bu gecə Bryansk vilayətinə sözügedən raketlərlə altı zərbə endirdiyini açıqlayıb.

Raketlərdən beşi “Pantsir” kompleksi tərəfindən zərərsizləşdirilib, daha biri isə zədələnib.

Rusiya MN raketlərin Bryanskda hərbi obyektin texniki ərazisinə düşdüyünü qeyd edib.

Nəticədə yanğın baş verib: “Yanğın söndürülüb. Dağıntı və tələfat yoxdur”.

Xatırladaq ki, bu gün “RBK-Ukraina” ölkənin Müdafiə Qüvvələrindəki mənbəyə istinadən Ukrayna Müdafiə Qüvvələrinin Rusiya ərazisinə ilk dəfə ATACMS ballistik raketləri ilə zərbə endirildiyini yazıb.


Bizim.Media

Избранный
10
3
bizim.media

2Источники