RU

Dmitri Peskov: “ABŞ Hindistana təzyiqini davam etdirir”

ABŞ-nin hakimiyyət orqanları Hindistan hökumətinə  öz şərtlərini diktə edərək onlara təsir göstərməyə çalışır.

KONKRET.az TASS-a istinadən xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Biz müxtəlif sahələrdə əməkdaşlığımızı artırırıq və Hindistanın ABŞ-nin görünməmiş təzyiqi ilə üzləşdiyini çox yaxşı başa düşürük. ABŞ Hindistan banklarına diktə etməyə çalışır. Bu, yeni müstəmləkə sistemini tətbiq etmək cəhdi deyilmi?”

O, qeyd edib ki, Rusiya hindistanlı dostları ilə birlikdə bu qeyri-qanuni təzyiqdən qurtulmağın yollarını axtaracaq: “Şübhə etmirik ki, Hindistan Rusiya ilə əməkdaşlığa dəyər verir. Amma eyni zamanda, biz də gözəl başa düşürük ki, Hindistan suveren ölkədir”, – Rusiya liderinin mətbuat katibi vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
20
konkret.az

1Источники