RU

Ukrayna millisinin mətbuat konfransında rus dili qalmaqalı

Ukrayna millisinin Albaniya yığması ilə oyunu ərəfəsində təşkil edilmiş mətbuat konfransında rus dilinə görə narazılıq yaşanıb.

Arena.az məlumat verir ki, UEFA Millətlər Liqasının B Liqasının 1-ci qrupunun 6-cı turunun Albaniya yığması ilə oyunöncəsi mətbuat konfransında, Ukrayna millisinin nümayəndələri jurnalistlərin suallarının rus dilinə tərcümə edilməsindən imtina ediblər.

Oyunöncəsi mətbuat konfransında Albaniya Futbol Federasiyasının (FSHF) təyin etdiyi tərcüməçi mətbuat nümayəndələrinin suallarını rus dilinə tərcümə etməyə hazırlaşıb. Ukraynalılar buna qəti imtina ilə cavab veriblər. Bundan sonra ünsiyyət yalnız ingilis dilində aparılıb. Mətbuat konfransından sonra Albaniya Futbol Federasiyasının nümayəndəsi izah edib ki, təşkilat rus dilinə tərcümə seçimini “ən yaxşı həll yolu hesab edib, çünki bu, Ukrayna dilinə bənzəyir”.

Ukrayna – Albaniya oyunu bu gün, noyabrın 19-da baş tutacaq. Komandalar Albaniyanın paytaxtı Tirananın “Eyr Albaniya” stadionunda qarşılaşacaqlar.

5 turun yekunlarına görə Albaniya yığması 7 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Ukrayna millisi isə 5 xalla 4-cü pillədədir.

Избранный
18
arena.az

1Источники