RU

Emin Əmrullayev “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev "TikTok” şirkətinin nümayəndə heyətini qəbul edib.Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Görüşdə qurumun dövlət siyasəti üzrə vitse-prezidenti Helena Lerç, Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundov iştirak ediblər.

Görüş zamanı "TikTok” şirkəti ilə elm və təhsil sahəsində birgə əməkdaşlığın qurulması müzakirə edilib, geniş cəmiyyət üçün maarifləndirici təşəbbüslər və layihələr barədə fikir mübadiləsi aparılıb.
 
Həmçinin təhsilverənlərə öz təhsil məzmununu tanıtmağa imkan verən yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində təkliflər müzakirə edilib.
 
Bununla yanaşı, müxtəlif ölkələrdə müəllimlər tərəfindən aparılan təhsil kanallarının nümunələri təqdim edilib və platformanın imkanlarının təhsil məzmununun yaxşılaşmasına verdiyi töhfələr müzakirə edilib.

www.anews.az
Избранный
16
8
anews.az

10Источники