RU

Yunanıstanda peyda olan nəhəng dəniz canlısı hər kəsi şoka saldı

Yunanıstanın Egey dənizi sahillərində peyda olan nəhəng dəniz canlısı hər kəsi şoka salıb.

Hadisə dənizin Pylos qəsəbəsinə yaxın ərazisində baş verib.

Şahidlərin sözlərinə görə, bu canlı nəhəng osminoq olub və o sahilə doğru irəliləməyə çalışıb.

Balıqçı Yannis Papadopoulos həmin vaxt gördüklərini belə xatırlayıb:

"Mən dənizə çıxmaq üzrə idim, suda böyük bir hərəkətlilik hiss etdim. Yaxınlaşdığımda, böyük bir osminoqun su səthində üzdüyünü gördüm. Ömrümdə belə bir şey görməmişdim".

Şahidlərin sözlərinə görə osminoqun bir qolu təxminin 20 metr uzunluğunda olub.

Rəsmilər yerli əhalini panikaya düşməməyə çağırıb.

Mütəxəssislər isə belə bu cür nəhəng dəniz canlılarının varlığının sübuta yetirilmədiyini, lakin dənizdə kəşf edilməsi mümkün hadisələrin olma ehtimalı olduğunu bildiriblər.

Soial şəbəkələrdə yayılan görüntü izləyiciləri xeyli şoka salıb. Video ölkədə səs-küyə səbəb olaraq gündəm yaradıb.

Rəsmilər görüntülər üzrə araşdırmalar aparılacağını bildiriblər.

 

 

BAKU.WS 

Избранный
11
5
hurriyyet.az

6Источники