RU

Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır - OPEC-in baş katibi

Bakı. Trend:

COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazovun Neftİxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysilə görüşü olub.

Trend xəbər verir ki, bubarədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Baş katib Haysam Əl-Qays AzərbaycanınCOP29 Sədrliyinə dəstəyini ifadə edib və COP çərçivəsində keçiriləntədbirlərdə iştirakından bəhs edib. Həmçinin Baş katib bildirib ki,Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv roloynayır.

Görüşdə enerji bazarındakı qlobal trendlər, neft sənayesininperspektivləri, “təmiz enerji”yə nail olmaq üçün emissiyalarınazaldılması və yeni texnologiyaların tətbiqinə investisiyalarınəhəmiyyətindən danışılıb.

“OPEC plus” formatında təmsil olunan ölkələrin həyata keçirdiyibərpa olunan enerji layihələrindən və bu əməkdaşlıq əlaqələrinin“yaşıl enerji” tərəfdaşlığına töhfələri nəzərdən keçirilib. Buxüsusda, BƏƏ və Səudiyyə Ərəbistanının Azərbaycanda və MərkəziAsiya ölkələrində bərpa olunan enerji layihələrində iştirakı qeydolunub.

Söhbət zamanı enerji bazarının sabitliyinin təmin olunmasındaqarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu cür dialoqlarındavam etdirilməsinin vacibliyi ifadə edilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
29
3
az.trend.az

10Источники