RU

"SOCAR Green" və "PowerChina" şirkətləri Anlaşma Memorandumu imzalayıblar

Bu gün COP29 çərçivəsində "SOCAR Green" və "PowerChina" şirkətləri arasında Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafında birgə imkanların araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

"Tərəflər arasında strateji tərəfdaşlıq Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafı hədəflərinə töhfə vermək məqsədi daşıyır. Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur", - deyə məlumatda qeyd olunub.

Избранный
33
10
sitat.info

10Источники