RU

Borrell Baltik dənizində kabellərlə bağlı insidenti şərh edib

Avropa İttifaqı Baltik dənizində sualtı telekommunikasiya kabellərinin zədələnməsi ilə bağlı insidentə görə məsuliyyət daşıyanların adını çəkə bilməz və bunu Rusiya ərazisində Qərbin uzaqmənzilli silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarı ilə əlaqələndirmir.

 

Oxu24.com xəbər verir  ki, bu barədə  Aİ-nin diplomatiya rəhbəri Josep Borrell bildirib.

 

 Bu barədə TASS məlumat yayıb.

 

O, Avropa İttifaqının artıq bu hadisələrə reaksiya verdiyini vurğulayıb. 

 

Bundan əvvəl Litva prezidenti Gitanas Nauseda İsveçlə dənizaltı rabitə kabelinin qırılmasına səbəb kimi təxribatı etiraf etmişdi.

 

Bir gün əvvəl Litvanın Telia operatorunun Litva ilə İsveç arasında çəkilmiş dənizaltı telekommunikasiya kabelinin kəsildiyi barədə məlumat yayılmışdı. Telia-nın texnoloji direktorunun sözlərinə görə, zədələnmiş kabel kifayət qədər köhnədir və artıq bir neçə qəza baş verib. Heç bir təxribat halı aşkar edilməyib.

 

Həmin gün məlum olub ki, Baltik dənizinin dibi ilə “Şimal axını” qaz kəməri ilə keçən və Finlandiya ilə Almaniyanı birləşdirən telekommunikasiya kabeli zədələnib. Noyabrın 18-də Cinia C-Lion1 sualtı kabelində nasazlıq aşkar edilib.

Bundan əvvəl Rusiya Baltik dənizində kabelin qırılmasını təxribat adlandırmışdı.

 

Nigar

 

Избранный
45
15
oxu24.com

10Источники