RU

Çalhanoğlu oynamasa da, yığma ilə birlikdə olacaq

Türkiyə yığmasının kapitanı və ''İnter''in ulduzu Hakan Çalhanoğlu Monteneqro ilə oyunöncəsi mətbuat konfransında açıqlamalar verib.

Uelsə qarşı ötən oyunda zədələnərək fasilədə əvəzlənən təcrübəli futbolçu bu dəfə yığmaya kömək edə bilməyəcəyini vurğulayıb və başqa məqamlara da toxunub:

''Təəssüf ki, zədə üzündən Monteneqro ilə oyunda iştirak edə bilməyəcəm. ''İnter''in başqanına anlayışına görə təşəkkür edirəm. Uels ilə oyundan sonra durumumla maraqlanmaq üçün mənə və baş məşqçimizə zəng vurdu. Geri dönməyimi istədilər. Amma mən komandaya mənəvi dəstək vermək üçün burda qalmağa üstünlük verdim. Həm də müalicəmi davam etdirirəm. Bu istəyimi anlayışla qarşıladı. Köhnə zədələrimdən biri məni narahat etməyə başlayıb. Amma şükür ki, vəziyyət çox da ciddi deyil. Əzələmdə yırtığ yoxdu. Şənbə günü ''Verona''ya qarşı oynaya biləcəyimi düşünürəm. Uelsə qarşı ilk yarıda çox üstün oynasaq da, qol vura bilmədik. Həmin oyunda uduzmamaq da çox önəmli idi. Hələ də liderik və qrupu zirvədə bitirəcəyimizə inanıram. Monteneqro Futbol Federasiyasının prezidenti Deyan Saviçeviç ilə təxminən 3 il öncə görüşmüşdüm. Ona formamı hədiyyə etmişdim. Əfsanəvi futbolçulardan olub. Sağ olsun, məni tərifləmişdi. Ona böyük hörmətim var. 11 ildi, yığmada çıxış edirəm. Ümid edirəm ki, Millətlər Liqasının A Liqasında oynamaq mənə də qismət olacaq. Montellanın sayəsində komandada çox gözəl ab-hava var. Montella gəlişi ilə bizə sanki yeni enerji verdi. Onun ilk oyununda səfərdə Xorvatiyanı məğlub etdik. Hər kəs onu çox sevir. ''Roma''ya gedəcəyi ilə bağlı söz-söhbətlər çıxdıqda hamımız onun burda qalmasını istədiyimizi söylədik. O da burda qalmağa üstünlük verdi''.


ƏLİ
Избранный
19
football-plus.az

1Источники