RU

Millimizin forvardı sıraya döndü

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov "Ankaragücü"nün heyətində məşqlərə başlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Hücumçumuz komandanın bugünkü hazırlığında iştirak edib.

Oktyabrın 21-də əməliyyat olunan 25 yaşlı futbolçu millinin Estoniya və İsveçə qarşı oyunlarının heyətindən kənarda qalıb. Renat "Ankaragücü"nün heyətində 2024/2025 mövsümündə 9 oyunda 2 qol vurub.

Qeyd edək ki, Dadaşovun komandası Türkiyə 1-ci Liqasının 13-cü turunda Ankara derbisində "Gənclərbirliyi" ilə qarşılaşacaq.

Избранный
26
fanat.az

1Источники