RU

ÜST-nin regional rəhbəri XİN-də

Dünən Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Klüqe ilə görüşüb.

Söhbət zamanı Azərbaycan-ÜST əməkdaşlığı, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub. Ölkəmizin ÜST ilə yaxından əməkdaşlıq etdiyi, xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin görülməsi istiqamətində aparılan birgə fəaliyyətin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Azərbaycan və ÜST tərəfindən həyata keçirilən birgə layihələr, xüsusilə işğaldan azad olunmuş ərazilərdə postmünaqişə dövründə psixoloji sağlamlıq xidmətlərinin göstərilməsinə dəstək istiqamətli təşəbbüslərin əhəmiyyətindən bəhs olunub.

İqlim dəyişikliyi və sağlamlıq mövzuları arasında mövcud üzvi əlaqəni nəzərə alaraq, bu istiqamətdə sədrliyimiz çərçivəsində ÜST ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

XQ

 

Избранный
27
10
xalqqazeti.az

10Источники