RU

Çin ABŞ hərbi-sənaye kompleksini nəzarətdə saxlayır

Çin

ABŞ ordusu üçün sistemlərin və silahların istehsalında əsas tələbata çevrilmiş nadir metallara, komponentlərə məhdud giriş bu gün Vaşinqtonun ən aktual problemlərindən biridir. Çünki Çin çox vacib kritik bir metalla Amerika hərbi-sənaye kompleksinə nəzarət edə bilir.

Reyting.az
-ın məlumatına görə, əmtəə bazarları üzrə ekspert Ceyms Stafford "OilPrice" nəşrində yazıb ki, Çin yalnız bir elementə, xüsusilə də sürmə metalına nəzarət etməklə ABŞ-nın bütün hərbi-sənaye kompleksinin uğurlarına nəzarət etməyi bacarır.

Çinin dünya bazarında sürmə istehsalını demək olar ki, nəzarətə götürməsi və bu yaxınlarda sürmənin ixracına tam qadağa qoyması ABŞ ordusu üçün böyük problemə çevrilib, eləcə də elementin kritik çatışmazlığına səbəb olub. Bu problemi həll etmək ümidi ilə alternativ yollar axtarmağa başlayan ABŞ nəhəng şirkət "Military Metals Corporation"-u işə cəlb edib. Hazırda şirkət Slovakiya və Kanadada yeni sürmə yataqları alır. Bununla belə, sürmənin qiyməti yenə bu il tədarük çatışmazlığı səbəbindən iki dəfə artmaqla onu bazar üçün çox cəlbedici edib.



Bu gün sürmə tələbatlı metal kimi daha çox müdafiə sənayesində, müxtəlif döyüş sursatlarının, gecəgörmə cihazlarının və infraqırmızı sensorların istehsalında istifadə olunur. Elm aləmində Stibium kimi tanınan bu maddə müxtəlif partlayıcıların, siqnal məşəllərinin, hətta nüvə silahlarının tərkib hissəsidir. Bütün bunlar sürmənin nadir keyfiyyətindən xəbər verir. Sürmədən sənayedə metaloidi qızıla çevirmək üçün də istifadə edirlər.

Ceyms Stafford yazır:

"Kritik əsas metallar, həm də elementlər indi supergüc statusunu və qlobal dünya hökmranlığını müəyyən edəcək. Rəqabət böyüyür, ancaq Pekin qazanır, çünki mədən hasilatından tutmuş emala qədər bu ölkə dünyanın ən nadir torpaqlarının əksəriyyətinə nəzarət edir. Təbii ki, bəzi ekspertlərin fikrincə, Amerika Birləşmiş Ştatları ordusunun onlara böyük ehtiyacı olduğu bir vaxtda Vaşinqton daxili və ya dost resursları açmaqda ləngiyir. Lakin bu da yanlış yanaşmadır".

C. Stafford qeyd edir ki, hazırda sürmə yeganə və ən vacib metal kimi dünya supergücünü yaratmaq yaxud da çökdürmək gücünə malikdir.

ABŞ ordusunun qlobal strateji əhəmiyyət kəsb edən bu sürməyə daha çox ehtiyacı olduğu halda, Çin dünyada nadir torpaq minerallarının 70 faizini istehsal edir. Bu isə o deməkdir ki, belə tələbatlı və heyrətamiz tərkibli yarımmetalın dünya tədarükünün təxminən 50 faizinə Çin Xalq Respublikası nəzarət edir.

Oqtay QORÇU

Избранный
48
47
reyting.az

10Источники