RU

Şəkər tozunun səbəb olduğu 10 TƏHLÜKƏ

Meyvələrin və o cümlədən də gün ərzində yediyimiz bir çox təbii məhsulun içərisində şəkər var. Ona görə də, əlavə şəkər qəbul etmək lazım deyil. Halbuki, bir çox insan çaya bir neçə qaşıq şəkər tozu əlavə edir, içərisində bol miqdarda şəkər olan şirniyyatlar yeyir, marketlərdə satılan tərkibi şəkərlə zəngin olan meyvə suları və qazlı içkilər içir.

Ancaq şəkər tozunun insan sağlamlığına vurduğu zərərlərdən xəbərdar olsanız, bu ağ zəhərdən uzaq durarsınız.

News24.az həddən artıq şəkər qəbul edən insanların hansı təhlükələrlə üzləşə biləcəklərini araşdırıb:

1.Ömrü qısaldır

Araşdırmalar zamanı şəkərli qidalar yedizdirilən siçanların normaldan daha az yaşadıqları məlum olub.

2. Sonsuzluq yaradır

ABŞ-da aparılan araşdırmalar göstərib ki, şəkər tozu verilən siçanlar nəsil artıra bilmirlər.

3. Aclıq yaradır

Meyvə kimi qidaların tərkibindəki təbii şəkəri tanıyır. Süni şəkər, yəni şəkər tozu insulin istehsalına kömək edə bilmədiyi üçün, beyinə toxluq siqnalının getməsinə mane olur. Beləliklə, insan özünü mütəmadi olaraq ac hiss edir.

4. Daxili orqanlarda və bel bölgəsində piylənməyə səbəb olur.

Qaraciyər süni şəkəri parçalayıb enerjiyə çevirə bilmir. Ona gərə də bu şəkər bədəndə yağ formasında toplanır.

5. Köklüyə səbəb olur

Beyinə toxluq siqnalı getmədiyi üçün insan mütəmadi olaraq yemək istəyir. Bu da həddən artıq kalori almağa və köklüyə gətirib çıxarır.

6. Ürək və damar problemləri

flic, insult kimi təhlükəli vəziyyətlərə, həmçinin ürək və damar xəstəliklərinə səbəb olur.

7. Sirroz

Qaraciyər yağlanmasına və sirroza səbəb olur.

8. Şəkər xəstəliyi

"Global Public Health" adlı nüfuzlu sağlamlıq jurnalında yayımlanan araşdırmaya görə, həddən çox şəkərli qidalar yemək şəkər xəstəliyinə gətirib çıxara bilər.

9. Xolesterin

Xolesterinin səviyyəsinin yüksəlməsinin əsas səbəbkarlarından biridir.

10. Mədəaltı vəzin xərçəngi

Daxili orqanların yağlanmasına səbəb olduğu üçün mədəaltı vəzin xərçənginə gətirib çıxara bilər.

//Publika.az 

Избранный
47
news24.az

1Источники