Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, 6-cı turun son oyun günündə 9 matç baş tutub.
Beş qrupda keçirilən görüşlərlə həm liqasını dəyişənlər, həm pley-offa qatılacaq komandalar dəqiqləşib. Türkiyə millisi səfərdə Monteneqro ilə üz-üzə. Bu matçadək xalı olmayan meydan sahibləri “ay-ulduzlular” üzərində inamlı qələbə qazanıblar. İslandiyaya 4:1 hesabı ilə qalib gələn Uels qrupda birinci olub.
UEFA Millətlər Liqası
VI tur
19 noyabr
A Liqası, 3-cü qrup
Bosniya və Herseqovina – Niderland 1:1
Qollar: Demiroviç, 67 – Brobbi, 24.
Macarıstan – Almaniya 1:1
Qollar: Soboslai, 90+9 – Nmeça, 76.
Xallar: Almaniya – 14. Niderland – 9. Macarıstan – 6. Bosniya və Herseqovina – 2.
B Liqası, 1-ci qrup
Çexiya – Gürcüstan 2:1
Qol: Şults, 3. Hlojek, 24 – Mikautadze, 60.
Albaniya – Ukrayna 1:2
Qollar: Bayrami, 75-pen – Zinçenko, 5. Yaremçuk, 10.
Xallar: Çexiya – 11. Ukrayna – 8. Gürcüstan – 7. Albaniya – 7.
B Liqası, 4-cü qrup
Monteneqro – Türkiyə 3:1
Qollar: Krstoviç, 29; 45; 73 – K.Yıldız, 37.
Uels – İslandiya 4:1
Qollar: Kallen, 32; 45+1. B.Conson, 65. Uilson, 79 – Qudyonsen, 8.
Xallar: Uels – 12. Türkiyə – 11. İslandiya – 7. Monteneqro – 3.
C Liqası, 1-ci qrup
Slovakiya – Estoniya 1:0
Qol: Ştrelets, 72.
İsveç – Azərbaycan 6:0
Qollar: Deyan Kuluşevski, 10; 57. Viktor Dyökereş, 26; 37; 58; 70.
Xallar: İsveç – 16. Slovakiya – 13. Estoniya – 4. Azərbaycan – 1.
D Liqası, 2-ci qrup
Malta – Andorra 0:0
Xallar: Moldova – 9. Malta – 7. Andorra –