RU

Tramp həkim Mehmet Öz namizədliyini irəli sürdü

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri, olan “Medicare” və “Medicaid”in direktoru vəzifəsinə həkim Mehmet Özün namizədliyini irəli sürdüyünü açıqlayıb.

 

Tramp bu haqda açıqlamanı “Truth” sosial media platformasındakı hesabında verib.

 

Tramp, ABŞ-ın ciddi bir səhiyyə böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.

 

Dr. Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Tramp, Özün ABŞ səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb.

 

Qeyd edək ki, ABŞ-da “Medicare” 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta qurumudur. “Medicaid” isə aşağı gəlirli ailələrə tibbi sığorta xidmətləri göstərən qurumdur.

 

ABŞ hökuməti 2023-cü ildə “Medicaid” proqramı çərçivəsində 860 milyard, “Medicare” çərçivəsində isə 848 milyard dollar xərcləyib.

 

APA

Tarix: 20 Noyabr 2024, 07:18   
Избранный
14
10
pravda.az

10Источники