RU

Blinken Edmundo Qonzalesi Venesuela prezidenti adlandırıb

ABŞ dövlət katibi Entoni Blinken Venesuela müxalifətinin keçmiş prezidentliyə namizədi Edmundo Qonzales Urrutianı Venesuelanın seçilmiş dövlət başçısı adlandırıb...

Poliqon xəbər verir ki, ABŞ xarici siyasət rəhbərinin bu bəyanatı Karakasda qəzəblə qarşılanıb. Bolivar Respublikasının xarici işlər naziri İvan Gil qeyd edib ki, bu cür bəyanatlarla hakimiyyətdən gedən Amerika administrasiyası özünü gülünc vəziyyətə salır.

“İnsanlar deyirlər ki, gülüş obyektinə çevriləndən sonra geri dönə bilməyəcəksən. Bununla belə, Venesuelanın qatı düşməni olan Blinken inadla yenidən bunu etmək niyyətindədir”, deyə Gil Telegram kanalında yazıb.

Venesuela diplomatının fikrincə, Entoni Blinken vəzifəsini tərk etməzdən əvvəl son illərin uğursuzluqlarını təhlil etməli və “Venesuela demokratiyasını geri çevirmək üçün uğursuz cəhdlərdən sonra imperiya və müstəmləkə komplekslərindən qurtulmalıdır”.

Xatırladaq ki, ABŞ Venesuelada iyulun 28-də keçirilən prezident seçkilərinin qalibi olaraq Edmundo Qonzales Urrutianı hesab edir. Seçkidən sonra Amerika tərəfi bu ölkəyə qarşı sanksiyaları ləğv etməyəcəyini və yeni məhdudiyyətlər tətbiq edə biləcəyini bəyan edib.

Rəsmi məlumatlara görə, Venesuelanın hazırkı prezidenti Nikolas Maduro seçkilərdə 51 faizdən çox, Edmundo Qonzales Urrutia isə 44 faizdən bir qədər çox səs toplayıb.

Poliqon.info

Избранный
54
poliqon.info

1Источники