RU

Çexiya yüzlərlə məktəbə qarşı saxta bomba təhdidində Rusiyanı günahlandırır

Çexiya məxfi xidmətinin rəhbəri yüzlərlə məktəbi günlərlə bağlı saxlayan saxta bomba təhdidlərinə görə barmağını Moskvaya tuşlayıb.

Çexiya məxfi xidməti Rusiyanı Çexiya və Slovakiyadakı məktəblərə qarşı bir sıra bomba hədələrində günahlandırıb. Bununlada, onsuz da gərgin olan Praqa ilə Moskva arasında münasibətlər daha da gərginləşib.

Yerli mediaya görə, yüzlərlə Çexiya və Slovakiya məktəbi e-poçt vasitəsilə edilən misli görünməmiş bomba hədələri səbəbindən sentyabrın əvvəlində bir neçə gün bağlanmağa məcbur olub. Təhdidlər heç bir nəticə verməyib və məktəblərin yaxınlığında partlayıcı maddə aşkar edilməyib.

Çexiya Məxfi Xidmətinin rəhbəri Mişal Koudelka bazar ertəsi ölkə parlamentinə çex təşkilatlarına qarşı kiberhücumlar barədə xəbərdarlıq edib.

Избранный
33
aznews.az

1Источники