RU

Türkiyə gəmisinə raket atdılar - FOTO

İstanbulda yerləşən "Oras Shipping" şirkətinə məxsus Panama bayrağı altında üzən "Anadolu S" adlı yük gəmisi Ədən körfəzində hərəkətdə olarkən iki fərqli raket hücumuna məruz qalıb.

Day.Az xəbər verir ki, 17 noyabrda baş verən ilk hücumda raketin gəminin təxminən 500 metr yaxınlığına düşdüyü, 18 noyabrda baş verən ikinci hücumda isə atılan raketin gəminin 1 dəniz mili uzağına düşdüyü bildirilib.

Hər iki hücum zamanı gəmidə görünən heç bir zərər və ya heyət üzvləri arasında xəsarət qeydə alınmayıb. Quru ərzaq daşıyan və Kəraçi limanına gedən gəmi dənizdə yoluna davam edir. Gəmidə 10-u türk olmaqla, cəmi 22 heyət üzvü var.

  • Türkiyə
  • Türkiyə
Избранный
30
5
day.az

6Источники