RU

Almaniya XİN rəhbəri: COP29-da danışıqlar indiyə qədər heç də asan keçməyib

İqlim böhranı dövrümüzün ən böyük təhlükəsizlik siyasəti problemidir.

APA xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” platformasında bildirib.

İqlim böhranının sərhəd tanımadığını vurğulayan nazirin sözlərinə görə, qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq üçün hamı əlindən gələni etməlidir.

“COP29-da danışıqlar indiyə qədər heç də asan keçməyib. Dünya birliyi olaraq birlikdə çalışmağımız daha əhəmiyyətlidir. Biz Bakıda qitələr arasında iqlim koalisiyalarının yaradılması üzərində işləyirik. Ancaq birlikdə irəliləyə bilərik”, - Berbok qeyd edib.4

XİN rəhbəri əlavə edib ki, Almaniya və Avropa qlobal iqlim dəyişikliyinin maliyyələşdirilməsində etibarlı tərəfdaş olaraq qalır.

Избранный
12
6
apa.az

7Источники