RU

Çinin müdafiə naziri Pentaqon rəhbəri ilə görüşdən imtina edib    

Çin və ABŞ-ın müdafiə nazirləri - Donq Yun və Lloyd Ostin arasında görüş baş tutmayıb. Buna səbəb Çinin görüşdən imtinası olub...

Poliqon xəbər verir ki, bu barədə CNN yüksək rütbəli Pentaqonun rəsmisinə istinadən yazıb.

Telekanalın məlumatına görə, Ostin çinli həmkarı ilə Laosda ASEAN Plus müdafiə nazirlərinin görüşündə görüşməyi planlaşdırıb. İki nazir arasında görüş ABŞ və Çin Xalq Respublikası arasında hərbi kommunikasiya xətlərinin saxlanması səyləri çərçivəsində planlaşdırılıb.

"Çin bu təklifi qəbul etməyib", deyə telekanalın açıqlamasında qeyd edilir.

Nəşrin müəllifləri vurğulayırlar ki, Çinin imtinasına səbəb ABŞ-ın Tayvana silah satması olub.

Bundan əvvəl Çin prezidenti Si Szinpin Amerika prezidenti Co Baydenlə Limada keçirdiyi görüşdə Tayvanda separatçı fəaliyyətlərin bu regionda sülh və sabitliklə bir araya sığmadığını bildirib. O vurğulayıb ki, ABŞ regionda sülhü qorumaq istəyirsə, Tayvan məsələsinə diqqətlə yanaşmalı, Tayvanın müstəqilliyinə qarşı çıxmalı və Çinin sülh yolu ilə birləşməsini dəstəkləməlidir.

Poliqon.info

Избранный
8
2
poliqon.info

3Источники