RU

Bu müəssisələrdə ödənilən ƏDV-nin 50 faizi geri qaytarılacaq?

Azərbaycanda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı ödənilən ƏDV-nin 50%-i geri qaytarıla bilər.

Milli.Az xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.

Bundan başqa, dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatından keçən və teatr, muzey və simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə gələn il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisindən azad edilir.

Milli.Az

Избранный
23
22
milli.az

10Источники