RU

İdman federasiyalarının sponsorlarına vergi güzəşti verilməsi təklif olunub

İdmanda davamlılığın təmin edilməsi olduqca vacib məsələdir.

Bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Şahin İsmayılov qeyd edib ki, idmanda maliyyənin cəlb olunması mümkün olmadıqda davamlılıq məsələləri və problemlər ortaya çıxır: “Bu problemlərin həlli istiqamətində federasiyalara sponsorların cəlb edilməsin ilə bağlı müəyyən vergi güzəştləri verilsin. Bu, dünyada geniş tətbiq edilən prosesdir. Sponsorlar əgər müəyyən vergi güzəştləri qarşılığında idmana dəstək verərlərsə, bu, idmanın inkişafına kifayət qədər müsbət təsir göstərəcək”.

© APA

Избранный
20
3
marja.az

4Источники