RU

Rəşad Nəbiyev: Bakıda insanların 90 %-nin ictimai nəqliyyata çıxışı təmin ediləcək

Bakıda insanların 90 %-nin ictimai nəqliyyata çıxışının təmin edilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da keçirilən İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində keçirilən “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.

Onun sözlərinə görə, davamlı ekosistemi təşviq etmək üçün Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı öhdəsinə götürüb: “Bu öhdəliyi yerinə yetirmək üçün Azərbaycan hökuməti "Mobilliyin transformasiya proqramı"nı işə salıb. Bu plan çərçivəsində biz Bakı şəhərində fərdi avtomobil səfərlərini 40 % azaltmaq istəyirik. Həmçinin əhalinin 90 %-nin ictimai nəqliyyata çıxışını təmin etmək istəyirik. Eyni zamanda, mikromobillik, xüsusilə velosiped və skuterlər üçün 100 kilometrdən çox infrastruktur yaratmağı hədəfləyirik”,

O bildirib ki, bu proqrama metro, dəmir yolu və avtobus sistemlərinin təkmilləşdirilməsi, mikromobillik həlləri, parkinq obyektləri, prioritet zolaqlar və avtobus şəbəkəsinin optimallaşdırılması daxil olmaqla 60-dan çox təşəbbüs daxildir: "Layihə qrupu rəqəmsal məlumatlara əsaslanan qərar qəbuletmə prosesini təkmilləşdirən Bakı şəhərinin rəqəmsal əkizini hazırlayıb".

Избранный
14
14
ikisahil.az

10Источники