RU

Kreml: Ukrayna piyada əleyhinə minalarla bağlı müqaviləyə zidd hərəkət edir – ÖZƏL

Ukrayna BMT-nin piyada əleyhinə minaların qadağan edilməsinə dair Ottava müqaviləsini imzalayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Ukraynaya piyada əleyhinə minaların tədarükünə icazə verməsi ilə bağlı məlumatı şərh edərkən bildirib.

"Diqqətçəkən vəziyyətdir. Bilirsiniz ki, bu konvensiyanı nə Rusiya, nə də ABŞ imzalayıb. Amma Ukrayna bu müqavilənin imzalayıcısıdır," - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın The Washington Post qəzetinin məlumatına görə, hələ də öz vəzifəsində olan Co Bayden Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya ordusunun irəliləyişini dayandırmağa cəhd etməsi üçün bu minaların tədarükünə razılıq verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
olaylar.az

1Источники