RU

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas mahiyyəti AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər arasında dövlət-özəl sektor tərəfdaşlığı ilə həyata keçirilən layihələrə uzunmüddətli vergi güzəştlərinin tətbiqi xüsusi qeyd olunmalıdır".
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Bu təşviqlər investisiya qoyuluşunu stimullaşdırmaqla yanaşı, həm də uzunmüddətli dövrdə dövlətin maliyyə yükünün azaldılmasına, istehlakçılar üçün tariflərin aşağı salınmasına, eləcə də daxili istehsalın dəstəklənməsinə yönəlib. Söhbət avtomobil və avtobus istehsalının stimullaşdırılmasından, eyni zamanda yaşıl iqtisadiyyatın təşviq edilməsindən gedir. Maliyyə bazarlarının genişləndirilməsi, habelə film sektoru kimi sosial sahələrin inkişafı üçün təşviqlərin verilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.
Избранный
16
oxu.az

1Источники