RU

“Bayraktar TB3” dünya aviasiya tarixində ilkə imza atıb – VİDEO

Türkiyənin “Baykar” şirkəti tərəfindən inkişaf etdirilən “Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) “TCG Anadolu” amfibiya hücum gəmisinə eniş və qalxış edib.

“Poliqon” “Baykar”a istinadən xəbər verir ki, “Bayraktar TB3”, bununla qısa uçuş-enmə zolağına malik gəmidən həm qalxan, həm də enən ilk pilotsuz uçuş aparatı kimi dünya aviasiya tarixinə düşüb.

Sınaq zamanı “Bayraktar TB3” PUA-nın ikinci prototipi (PT2) əvvəlcə “TCG Anadolu” gəmisinin 12 dərəcə maililiyə sahib eniş-qalxış zolağından havalanıb. Daha sonra 46 dəqiqə havada qalan PUA yenidən “TCG Anadolu” gəmisinə eniş edib.

Избранный
17
poliqon.az

1Источники