RU

XİN: “İrana qarşı çıxarılacaq qətnaməyə cavab veriləcək” – FOTO

“Əgər digər tərəflər (Britaniya, Fransa, Almaniya) İranın xoşməramlı yanaşmasına məhəl qoymasalar, İran buna lazımi və mütənasib şəkildə cavab verəcək”.

Yenicag.az “Tasnim News”a istinadən xəbər verir ki, bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi arasında telefon danışığı olub.

Əraqçı bildirib ki, Qrossinin İrana səfəri zamanı əldə olunan anlaşmalar bir daha İranın BAEA ilə qarşılıqlı əlaqələri və əməkdaşlığı inkişaf etdirmək üçün xoşməramlı və iradəsini sübut edib.

“Əgər digər tərəflər (Britaniya, Fransa, Almaniya) İranın xoşməramlı yanaşmasına məhəl qoymasalar və MAQATE-nin Rəhbərlər Şurasında Tehrana qarşı qətnamə verməklə qeyri-konstruktiv hərəkətləri gündəmə gətirsələr, İran buna lazımi və mütənasib şəkildə cavab verəcək”, – deyə, Əraqçı vurğulayıb.

Məsimə Məmmədova

Избранный
40
yenicag.az

1Источники