RU

İsrail iqlim dəyişikliyi ilə mübarizəni davam etdirir – Xüsusi nümayəndə

Bakı. Trend:

İsrail davam edən çətinliklərə baxmayaraq, iqlim dəyişikliyi iləmübarizəyə dair qlobal səylərə sadiqdir.

Trend xəbər verir ki, bubarədə İsrailin iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xüsusinümayəndəsi Gideon Behar, COP29 çərçivəsində Bakıda keçirilənsammitdə çıxış edərkən bildirib.

"Elmi məlumatlar heç vaxt bu qədər aydın olmayıb. İnsanfəaliyyəti iqlim böhranının hərəkətverici qüvvəsidir və bu,tədbirlərin görülməsi üçün ən vacib onillikdir", — deyə Behar qeydedib və ölkələri iqlim planlarını və milli müəyyən edilmiştöhfələrini (NDC) təkmilləşdirməyə çağırıb.

İqlim danışıqlarının mürəkkəbliyini qəbul edən Behar, ümumiirəliləyişə diqqət yetirməyin vacibliyini vurğulayıb.

"Bu, planetimizi xilas etmək üçün zəruri dəyişiklikləri vəirəliləyişi əldə etməyin yeganə yoludur. Hər bir ölkə emissiyalarıazaltmalı, təmiz enerjiyə investisiya qoymalı və gələcəyintexnologiyalarını tətbiq etməlidir ", — deyə o bildirib.

G.Beharın sözlərinə görə, İsrail üçün iqlim dəyişikliyi iləmübarizə seçim deyil, zərurətdir. O, ölkənin iqlim sahəsində əldəetdiyi nailiyyətlərdən danışıb, o cümlədən karbon qazı vergisinintətbiqi və parlamentə təqdim olunan yeni iqlim qanunu.

"Biz Bakıya iqlim texnologiyaları sahəsində fəaliyyət göstərən20 qabaqcıl şirkət gətirmişik. Bu şirkətlər İsrailin inkişaf edəniqlim innovasiyalarını təmsil edir", — deyə Behar bildirib.

Bu şirkətlərin təmiz enerji, dayanıqlı kənd təsərrüfatı, ərzaqtəhlükəsizliyi və su texnologiyaları kimi sahələrdə fəaliyyətgöstərdiyini qeyd edən Behar, bu texnologiyaların həm İsrailə, həmdə bütün dünyaya fayda gətirə biləcəyini vurğulayıb. O, beynəlxalqictimaiyyəti gələcək nəsillər naminə iqlim dəyişikliyi iləmübarizədə birliyə çağırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
19
1
az.trend.az

2Источники