RU

Samir Şərifov "Azəristiliktəchizat"ın qazanxanaları barədə: "Səmərəlilik olduqca aşağıdır"

"Azəristiliktəchizat"a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır".

 

Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

Nazir bildirib ki, bu vəsait ona görə ayrılır ki, "Azəristiliktəchizat"ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır:

 

"Burada böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Ona görə daha müasir isitmə metodlarına keçmək lazımdır. Bununla bağlı təkliflər var və hazırda bunun üzərində işlənilir".

 

Modern.az

Tarix: 20 Noyabr 2024, 15:57   
Избранный
13
10
pravda.az

10Источники