RU

"Nazir məni kasıblara kömək üçün göndərib" dedi, həbs edildi - Gədəbəydə ilginc fırıldaqçılıq

Gədəbəydə vətəndaşlardan pul alaraq onlara pensiya, sosial yardım düzəldəcəyini deyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1973-cü il təvəllüdlü Rafiq Aslanova (soyad şərti) Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, Bərdə rayonunun Şatırlı kəndində qeydiyyatda olan Rafiq Gədəbəydə insanların inamından sui-istifadə edərək, onlara sosial yardım, pensiya düzəldəcəyini deyib və bunun müqavilində çox sayda rayon sakinindən müxtəlif məbləğlərdə ((6 min, 5 min 500, 3 min, 5 min) pul alıb. Rafiq cinayət əməlini 2021-ci ilin aprel ayından 2023-cü ilin avqust ayınadək davam etdirib. 

Rafiqi zərərçəkmiş şəxslərlə Gədəbəy rayon Mərkəzi Xətəxanasında nevropotoloq işləyən Bayram adlı həkim tanış edib. Təqsirləndirilən şəxs əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin göstərişi ilə Gədəbəydə kasıblara kömək etmək üçün göndərildiyini deyib. 

Sosial yardım almaq istəyən bəzi şəxslər inandırılıb ki, Sahil Babayev Rafiqi kasıblara kömək üçün vasitəçi göndərib və üstəlik o, çoxlu pul gətirib. Həmin pulları əldə etmək üçün mütləq Rafiqin icazəsi lazımdır.

Gədəbəy rayon Mərkəzi Xətəxanasında nevropotoloq işləyən Bayram həkim də təqsirləndirilən şəxsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasında işləyən hüquqşünas kimi tanıdığını deyib. Hətta o da "Sahil Babayevin kasıblara kömək üçün Rafiqi vasitəçi kimi" göndərdiyinə inanıb. 

Məhkəmənin qərarı ilə Rafiq Aslanov Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Məhkəmə onu 2 il 11 ay 27 gün azadlıqdan edib.

Əhməd
Избранный
31
5
qaynarinfo.az

6Источники