RU

Emin Əmrullayevdən Lerikdə məktəblərin bağlanmasına REAKSİYA

Lerikdə bu il səkkiz məktəb bağlanıb, lakin şagirdlərin digər məktəbələrə daşınması təmin edilməyib.

EDnews xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Deputat problemin həlli üçün iclasda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib.

“Daha on məktəbin bağlanıb komplektləşdirilməsi nəzərdə tutulur.  Lerik dağlıq ərazidir, rayonun bir tərəfindən o biri tərəfinə 100 kilometr məsafə var. Elə inzibati ərazi dairələri var ki, 10 kənd var, 5-6-da ibtidai məktəb, 3-də ümumi orta məktəb var. Amma tam orta məktəb bir inzibati ərazi dairəsində yoxdur. Belə olan təqdirdə, 9-cu sinifi bitirən şagird məktəbi dəyişməli olur və uzaq məsafə qət etmək məcburiyyətində qalır.Bu zaman nazirliyin daşınmalara köməklik göstərməsini xahiş edirəm”, - deputat əlavə edib.

Elm və təhsil naziri Emin Əmrullayev isə bildirib ki, Lerikdə bağlanan məktəblərin şagirdlərinin daşınmaması məsələsini nəzarətə götürüb. O qeyd edib ki, bağlanan məktəblərin şagirdlərinin daşınması təmin olunmalıdır: “Əgər olunmayıbsa, bunu araşdırarıq”.

Избранный
12
5
ednews.net

10Источники