RU

İstanbulda qlobal enerji məsələləri müzakirə olunacaq

Bakı. Trend:

Noyabrın 22-də İstanbul Enerji Forumu keçiriləcək.

Trend xəbər verir ki,Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin himayəsi iləAnadolu Agentliyi tərəfindən təşkil ediləcək forum bu il “Ortaqgələcək, ortaq hədəflər” mövzusuna həsr olunub.

Forumda müxtəlif ölkələrin enerji sahəsindən məsul yüksəksəviyyəli dövlət rəsmiləri, yerli və xarici vətəndaşcəmiyyətlərinin, beynəlxalq qurumların nümayəndələri, elm xadimlərivə iş adamları iştirak edəcəklər.

Tədbirdə enerji sektorunda regional hədəflər, təbii qaz tədarükütəhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu, enerjitransformasiyasının maliyyələşdirilməsi kimi regional və beynəlxalqməsələlərlə yanaşı, enerji mənbələri, texnoloji inkişaf və bir sıradigər məsələlər ətrafında fikir mübadilələri aparılacaq, qlobalsəviyyədə dialoq imkanı yaradılacaq.

Forumun açılış mərasimində Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar,Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələrdepartamentinin rəhbəri Fahrettin Altun, Anadolu Agentliyinin İdarəHeyətinin sədri və Baş direktoru Serdar Karagözün çıxışları nəzərdətutulub.

Избранный
11
4
az.trend.az

7Источники