RU

Daşqınların İspaniyada maliyyə sektoruna vurduğu zərər açıqlandı

İspaniya Bankı Valensiya başda olmaqla ölkənin şərq və cənub bölgələrini vuran sel fəlakətinin maliyyə sektorunda 20 milyard 584 milyon avroya başa gəldiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İspaniya Mərkəzi Bankının sədri Xose Luis Escriva açıqlama verib.

O, sel və daşqınların birbaşa qurbanlarının 561210 nəfər olduğunu, 534529 ev və iş yerinin isə seldən zərər çəkdiyi bildirib.

Escriva qeyd edib ki, maliyyə sektorunda baş verən fəlakətin ümumi dəyəri 20 milyard 584 milyon avro təşkil edib ki, bu da İspaniya banklarının ümumi kredit həcminin 1,8 faizinə bərabərdir.

Daşqından sonra Valensiya muxtar hökuməti yalnız öz bölgəsindəki zərərlər üçün 31 milyard 402 milyon avro yardım istəyib, mərkəzi hökumət isə indiyə qədər açıqladığı iki paketdə toplam 14 milyard avro yardım göstərməyə qərar verib.

Qeyd edək ki, İspaniyada oktyabrın 29-da baş verən daşqın nəticəsində ölənlərin sayı 226-ya çatıb, 13 nəfərin isə hələ də itkin düşdüyü bildirilir.

Избранный
15
1
qafqazinfo.az

2Источники