RU

Bu komandaya texniki məğlubiyyət verildi

UEFA Kosovo milli komandasına texniki məğlubiyyət verib.

Modern.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın Millətlər Liqasının V turunda Rumıniya ilə səfər matçında meydanı vaxtından əvvəl tərk etməsi səbəb olub.

Noyabrın 15-də keçirilmiş qarşılaşmanın son dəqiqələrində ev sahibi komandanın azarkeşləri siyasi şüarlar səsləndiriblər. Kosovo millisinin üzvləri isə buna etiraz olaraq meydandan çıxıblar.

Hadisələri araşdıran UEFA-nın Nizam-İntizam Komitəsi yığmanı texniki məğlubiyyətlə cəzalandırıb. Həmçinin Kosovo Futbol Federasiyası 6 min avro məbləğində cərimələnib.

“Cebheinfo.az”

Избранный
8
2
cebheinfo.az

3Источники