Milli Məclisin Aparatında növbəti kadr dəyişikliyi edilib.
Viral.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Şahin Quliyev vəzifəsindən azad edilib.
O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi. Şahin Quliyev uzun illər Milli Məclis Aparatında fəaliyyət göstərib. İxtisasca hüquqşünas olan dövlət qulluqçusu Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Son Yazılar:
- Şahin Quliyev işdən çıxarıldı, yerinə O təyin EDİLDİ
- Prezidentdən Ağdamla bağlı paylaşım –VİDEO
- COP29 çərçivəsində daha bir görülən işlər təqdim olundu
Məlumata görə, onun vəzifəsinə Nadir Sultanov gətirilib. O, 1974-cü ildə anadan olub. Beynəlxalq hüquq ixtisasına malik dövlət qulluqçusu əvvəllər İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb.