RU

Valeri Bqanba Abxaziyanın baş nazirinin səlahiyyətlərini icra edən təyin edilib

Abxaziya prezidenti vəzifəsini icra edən Badra Qunba respublikanın baş naziri Aleksandr Ankvabın istefasını qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Apsnıpress” nəşri özünün Telegram kanalında məlumat yayıb.

Abxaziyanın baş nazirinin səlahiyyətlərini icra edən Valeri Bqanba təyin edilib. Qeyd olunur ki, respublikanın Nazirlər Kabineti öz işini davam etdirəcək.

“Abxaziya Respublikasının Nazirlər Kabineti (Hökuməti) haqqında” Abxaziya Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Bqanba Valeri Ramşuxoviç Abxaziya Respublikasının Baş nazirinin səlahiyyətlərini müvəqqəti icra edən təyin edilsin”, – məlumatda bildirilir.

Избранный
61
13
nocomment.az

10Источники