RU

Şirniyyat yeyən qız komaya düşüb öldü


19 yaşlı tələbə Brauni şirniyyatı yedikdən sonra allergik şoka düşüb.


“Medicina” xəbər verir ki, Hanna Qlasın yer fıstığına qarşı allergiyası olduğunu çoxları bilirdi.

Qonşuların hazırladığı qlütensiz Brauninin yerfıstığı unundan hazırlandığınıHanna onu yeyəndə dadından anladı. Dərhal səpki, boğulması başlayan qız anasına zəng edib.

Universitetit yataqxanasına çatanda onlar artıq tibbi briqadanın yardım etdiyini görüblər.

Huşunu itirən və anaflaktik şok keçirən qız xəstəxanaya aparılıb. Lakin beyin ödemi artıq bütün orqanları sıradan çıxarmışdı.

12 gün komada qaldıqdan sonra ata-anası aparatdan ayrılma qərarı verdilər. Beyin ölümü baş verdiyindən onların razılığı ilə orqanlar donorluq üçün götürüldü.


Aygün Musayeva

Избранный
31
2
medicina.az

3Источники