RU

Kremldə Trampın yanaşmasını səbirsizliklə gözləyirlər.



Biden prezidentlik postunu təhvil verməzdən qabaq Ukraynaya ABŞ silahları ilə Rusiyaya zərbə endirmək icazəsi verdi. Söhbət ATACMS ballistik raketlərindən gedir.

Bu hesab edirəm ki, gecikmiş bir qərardır və hərbi qazanımlardan daha çox siyasi proseslər üçün hesablanmış bir gedişdir.
Biden Trampın yükünü daha da ağırlaşdırdı.

ATACMS əlbəttə güclü və yüksək texnologiyalı bir silah sistemidir. Bu tip hərbi avadanlığın Ukrayna ordusunun silahlanmasında olması müsbət bir haldır.

Lakin Kiyevin ehtiyacı olan ATACMS deyil. Ukrayna çox ciddi canlı qüvvə çatışmazlığı ilə üz-üzədir və ölkəyə əsas lazım olan silahlar artilleriya sistemləri və onların döyüş dəstləri, tanklar, zirehli transpartyorlar, dronlar, HHM sistemləri və aviasiya vasitələridir. Ukrayna mövcud imkanlarla Rusiyanın hücumlarını lazımı səviyyədə qarşılaya bilmir.

Əlbəttə, Ukrayna ordusu ATACMS-lardan Rusiyanın daha dərinlikdə olan hərbi dayaq məntəqələrini, silah anbarlarını vurmaq üçün istifadə edəcək. Ancaq bu Rusiyaya hücumlarını daha da şiddətli etməyə və Şimali Koreyadan əlavə hərbi birliklər cəlb etməyə əsas verəcək.
Rusiyanın özü üçün də müharibə artıq qaldırması çətin yükə çevrilib. Ölkənin silah ehtiyyatı sürətli istehsala rəğmən tükənir və cəbhədə Şimali Koreya istehsalı silahların sayı artır. Hesab edirəm ki, Kremldə də Trampın yanaşmasını səbirsizliklə gözləyirlər.

Pərviz Mirizadə
Siyasi şərhçi
AVP funksioneri
Избранный
27
newscenter.az

1Источники