RU

Premyer Liqamızın acı reallığı - Oyun “ot”da, məşq “sintetika”da

Sonuncu turda Bakıda “Neftçi”dən 1 xal qoparan “Şamaxı” (2:2) növbəti oyuna hazırlaşır.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv noyabrın 24-də səfərdə Sumqayıtın qonağı olacaq.

Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək ki, yenidən qurulmuş arena təbii ot örtüyünə sahibdir.

Lakin “Şamaxı” bu matç üçün hazırlıqlarını Şamaxıdakı süni örtükdə keçir. Adətən təbii qazonda oynayacaq komanda qarşılaşma üçün həftəiçi çalışmalarını “ot”un üzərində edir. Təəssüf ki, şamaxılıların belə bir imkanı yoxdur.

Bakıdakı təbii örtüklü meydançaların hamısı məşğuldur. Bakı Olimpiya Stadionunun məşq meydançaları isə COP-29-la əlaqədar müvəqqəti qapadılıb.

“Neftçi Arena”, “Liv Bona Dea Arena”, Zirə Olimpiya Kompleksi, “Azersun Arena”, Tofiq Bəhramov adına Respublika stadionu – bu stadionların hər biri Premyer Liqanın digər iştirakçılarının sərəncamında olduğundan, ora ayaq basmaq mümkün deyil.

Bəlkə də Azərbaycan yeganə ölkədir ki, təbii qazonda oynayacaq komanda həftəboyu “sintetika”da məşq edir.

Noyabrın 24-də baş tutacaq “Sumqayıt” – “Şamaxı” dueli saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO,AZ

Избранный
44
sportinfo.az

1Источники