RU

COP29-da Dünya Uşaqlar Günü ilə əlaqədar “Gələcəyə qulaq as” adlı sərgi təşkil edilib

COP29 çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “UNICEF Azərbaycan” ilə birgə Dünya Uşaqlar Günü münasibətilə “Gələcəyə qulaq as” adlı sərgi təşkil edib.

AZƏRTAC xəbər verir ki, COP29-un Yaşıl Zonasındakı Gənclər Evi pavilyonunda baş tutan sərgidə 20-dən çox ölkədən uşaqların iqlim fəaliyyətinə dair fikir və ideyaları süni intellekt vasitəsilə nümayiş etdirilib.

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən təşkil olunan sərginin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, UNICEF-in Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah və gənc iqlim elçiləri iştirak ediblər.

Fərid Qayıbov çıxışında COP29 çərçivəsində fəaliyyət göstərən Gənclər Evinin Yaşıl Zonada gənclərin və uşaqların əsl evinə çevrildiyini vurğulayaraq deyib: “Hər kəsin böyük maraqla ziyarət etdiyi pavilyonda yaşıl dünya naminə həmrəylik davam edir. Sərgidə uşaqların iqlim dəyişmələri ilə bağlı ifadə etdikləri düşüncə və arzuları hər kəsin diqqətini cəlb etməlidir”.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah COP29-da gənclərin bilikləri və göstərdikləri həvəsin onu heyran etdiyini bildirib: “Onların dünyanı daha yaxşı yerə çevirmək, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün irəli sürdükləri ideyalar və həll yolları nəzərə alınmalıdır. Bu gün burada uşaqların iqlimlə bağlı perspektivdən gələcəyi necə təsəvvür etdiklərini göstərən incəsənət əsərlərini görürük. Onların baxışları iqlim fəaliyyətinin mərkəzində olmalıdır”.

Qeyd edək ki, sərgi gün ərzində Yaşıl Zonadakı Gənclər Evi pavilyonunda nümayiş olunacaq.

Избранный
5
5
yeniazerbaycan.com

6Источники