RU

COP29-da nəqliyyatın təşkili və iştirakçıların hərəkətliliyi çox yaxşı təmin edilib

“COP29-da nəqliyyatın təşkili və iştirakçıların hərəkətliliyi çox yaxşı təmin edilib. Bu mənim ilk iştirak etdiyim COP-dur. Ancaq digər COP-lar haqqında da məlumatım var. Müqayisə etsəm deyərdim ki, burada təşkilat çox yüksək səviyyədədir, hər şey çox yaxşı hazırlanıb. Avtobusların intervalı kifayət qədər azdır. Onlar şəhərin hər yerində mövcuddur. Metrodan istifadə edirəm, çox yaxşı işləyir”.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Beynəlxalq Nəqliyyat İctimai Birliyinin (UITP) Baş katibi Məhəmməd Mezqani COP29 çərçivəsində deyib.

"Düşünürəm ki, insanlar burda nəqliyyatın fəaliyyətindən şikayət edə bilməzlər. Xüsusilə Bakı şəhərində mobillik siyasətini və alternativ nəqliyyat növlərinin inkişafı, ortaq hərəkətlilik, velosiped, skuter istifadəsi haqqında da qeyd etmək istərdim ki, bunlar çox vacib nüanslardır. Çünki ictimai nəqliyyatı inkişaf etdirsək, ümumi və alternativ hərəkətliliyi təmin etsək, insanlar avtomobildən istifadə etməyə və ya avtomobil sahibi olmağa belə ehtiyac duymayacaqlar.

Bakıda çoxzolaqlı avtobus yolları gördüm ki, bu da avtobusların kommersiya sürətini daha yüksək və səmərəli edir. Bu, daha çox insanı ictimai nəqliyyata cəlb edəcək. Biz bilirik ki, ictimai nəqliyyat dayanıqlı nəqliyyat növüdür. Çünki onlar avtomobillərə nisbətən dörd-beş dəfə az CO2 emissiyası buraxır. Ona görə də bizim bunu təşviq etməmiz lazımdır və hesab edirəm ki, Azərbaycanda da buna çox yaxşı yanaşılır", - deyə Məhəmməd Mezqani əlavə edib.

Избранный
40
ikisahil.az

1Источники