RU

Yeni Zelandiyanın kiçik ada dövlətlərinə dəstəyi

Yeni Zelandiyanın İqlim dəyişikliyi naziri Simon Vatts COP29-dakı çıxışında ölkəsinin iqlim dəyişikliyi ilə mübarizəni dəstəklədiyini və inkişaf etməkdə olan ölkələrin problemlərinin həllinə yardım göstərilməsinin zəruriliyini bildirib. O daha sonra beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdıraraq deyib: “Biz qlobal iqlim maliyyəsinin bu ölkələrə səmərəli şəkildə yönəldilməsini təmin etməliyik”.

Xatırladaq ki, Yeni Zelandiya Sakit Okean Dözümlülük Mexanizminə 20 milyon, Qlobal Zərər Fonduna isə 10 milyon dollar ödəyəcəyini vəd edib. Bu ölkə iqlim dəyişikliyi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün bir sıra mühüm layihələri uğurla gerçəkləşdirir. Yeni Zelandiya öz iqlim strategiyası ilə fəxr edir. Ölkədə enerji balansının 85 faizi bərpaolunan enerjidən əldə olunur və 2050-ci ilə qədər mövcud səviyyələri iki dəfə artırmağı nəzərdə tutur. Kənd təsərrüfatı bu strategiyanın mühüm elementidir. Yeni Zelandiyada iqlim təsirlərini azaltmaq üçün innovativ həllər fəal şəkildə inkişaf etdirilir.

XQ

Избранный
8
1
xalqqazeti.az

2Источники