RU

Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsi hazırlanıb

"30 illik müharibə təcrübəsi ilə üzləşmiş Azərbaycan iqlim dəyişikliklərini və ekoloji çağırışları daha da kəskinləşdirən ərazi, iqtisadi və insan itkilərinə baxmayaraq, bu böhranın effektiv həlli üçün beynəlxalq təhlükəsizlik, sülh və sabitliyin birgə səylərdə olduğunu dərk edir".

APA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Şəffaflıqda Gender" mövzusunda yüksək səviyyəli tədbirdə söyləyib.

O eyni zamanda Azərbaycanın Cənubi Qafqazda sülh gündəmini təşviq etməklə yaşıl iqtisadiyyat və bərpa olunan enerji sahələrində apardığı genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə inkişafa töhfə verdiyini söyləyib:

"Beynəlxalq və milli öhdəliklərimizə uyğun olaraq, “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb. Planın əsas prioritetlərindən biri iqlim dəyişikliklərinin gender bərabərliyinə təsirini və qadınlar və uşaqlar üçün risklərini nəzərə alan adaptasiya tədbirləridir. Onun icrası əhalini və qərar qəbul edənləri iqlim dəyişikliklərinin gender aspektləri ilə bağlı məlumatlandıracaq. Azərbaycanın iqlim hədəfləri arasında qadınların ekoloji məsələlərə çıxışını təmin etmək və onların iştirakını artırmaq xüsusi yer tutur. Su çatışmazlığı ilə üzləşən bir ölkə olaraq bu məsələyə gender həssaslı yanaşma ilə yanaşırıq. Su və Gender Bərabərliyi mövzusu müvafiq dövlət orqanlarının gündəmindədir. Azərbaycanda əmək qabiliyyətli əhalinin 48 faizi kənd təsərrüfatında çalışır ki, bunların 49 faizi qadınlar, 51 faizi isə kişilərdir. Xüsusilə qadınlar üçün kənd təsərrüfatında çalışanları dəstəkləmək və gender həssas tədbirlər həyata keçirmək milli prioritetlərdən biridir. Bu təşəbbüsləri dəstəkləmək gender bərabərliyini iqlim dəyişiklikləri siyasətimizin ayrılmaz bir hissəsinə çevirməyə imkan verəcək və birlikdə daha güclü və daha inklüziv bir cəmiyyət qurulmasına töhfə verəcək".

Избранный
10
23
apa.az

10Источники