RU

Türkiyə Yəmən sahillərində üzən türk şirkətinə məxsus gəmiyə raket hücumunu pisləyib

Bakı, TurkicWorld

Xarici İşlər Nazirliyi husilərin Yəmən sahillərində üzən Panama bayraqlı “Anadolu S” quru yük gəmisinə həyata keçirdiyi raket hücumunu pisləyib.

TurkicWorld xəbər verir ki, Xarici İşlər Nazirliyi Yəmən sahillərində sözügedən gəmiyə edilən hücumla bağlı yazılı açıqlama verib.

Açıqlamada, “Husilərin Yəmən sahillərində üzərkən türk şirkətinə məxsus Panama bayraqlı “Anadolu S” quru yük gəmisinə həyata keçirdiyi raket hücumlarını qınayırıq”. ifadəsi işlədildi.

Açıqlamada oxşar hadisənin bir daha təkrarlanmaması üçün lazımi təşəbbüslərin görüldüyü bildirilib.

Избранный
15
turkic.world

1Источники