RU

BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirdi

BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto COP29 çərçivəsində keçirilən “Qafqaz dağları və ətrafı üçün dayanıqlıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar” mövzusunda tədbirdə çıxış edib.Metbuat.az xəbər verir ki, o, çıxışında Azərbaycan hökumətini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCC) öz milli adaptasiya planını təqdim etməsi münasibətilə təbrik edib və bu nailiyyətə UNDP-nin dəstək verdiyini vurğulayıb. O, Azərbaycanla UNDP arasında mövcud sıx əməkdaşlığın iqlim dəyişikliklərinə uyğunlaşma və karbon emissiyalarının azaldılması istiqamətində mühüm əhəmiyyət daşıdığını qeyd edib."Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində bərpaolunan enerji strategiyasının inteqrasiyası, enerji səmərəliliyinin artırılması və əsaslı yanaşmalar vasitəsilə biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər görülür. Xüsusilə dağ ekosistemlərində və həssas icmalarda iqlim dəyişikliklərinin yaratdığı risklərə qarşı tədbirlər həyata keçirilməsi çox vacibdir”, - deyə o bildirib.Markos Neto iqlim dəyişikliklərinə adaptasiya üçün maliyyə resurslarının çatışmazlığını da vurğulayıb. O qeyd edib ki, hazırda inkişaf etməkdə olan ölkələrin illik adaptasiya ehtiyacları ən azı 250 milyard ABŞ dolları təşkil edir, lakin mövcud beynəlxalq maliyyə axınları bu ehtiyacları qarşılamaq üçün kifayət deyil."UNDP 2025-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək və adaptasiya tədbirlərini genişləndirmək məqsədilə BMT sistemi ilə birgə fəaliyyət göstərir. Milli və regional səviyyədə strateji yanaşma adaptasiya tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsinə töhfə verəcək”, - deyə o əlavə edib.Tədbirdə həmçinin qeyd olunub ki, UNDP 2017-ci ildən etibarən Yaşıl İqlim Fondu vasitəsilə 42 ölkəyə texniki dəstək göstərərək onların milli adaptasiya proseslərini inkişaf etdirməsinə yardım edib.Markos Neto Azərbaycanın milli adaptasiya planını təqdim etməsi istiqamətində atdığı mühüm addımları bir daha yüksək qiymətləndirib və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin uğurla həyata keçirilməsi üçün maliyyə resurslarının səfərbər edilməsinin vacibliyini vurğulayıb.

“Birlikdə biz iqlim dəyişikliklərinin yaratdığı çağırışlara cavab vermək üçün davamlı və dayanıqlı gələcək qura bilərik”, - deyə BMT Baş katibinin köməkçisi bildirib.

Избранный
5
7
metbuat.az

9Источники