Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, "Bravo" supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Sumqayıt şəhərində yerləşən “Bravo” supermarketin qarşısında keçirilib.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu 258 litr olan plastik, 485 litr olan şüşə butulka/banka və 239 ədəd işlənmiş batareya təhvil verərək əvəzində sərv, əncir, badam, ərik tingləri əldə ediblər.
Sumqayıt əhalisinə aksiyada fəal iştirak edərək təbiətə töhfə verdiklərinə görə təşəkkür edir, hər kəsi tullantıları çeşidləmə vərdişlərinə yiyələnməyə, yaşıllıqların artırılmasına dəstək olmağa çağırırıq.
Qeyd edək ki, növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 21 noyabr tarixində saat 14:00-da Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Bravo Koroğlu hipermarketdə keçiriləcək.