RU

Şimali Koreyanın QORXUNC SİLAHI: Cənubu BELƏ VURUR

Şimali Koreya uzun müddətdir davam edən sərhəd gərginliyində Cənubi Koreyaya qarşı gözlənilməz bir silah tətbiq edir. Belə ki, Cənubi Koreyanın sərhəd kəndləri Şimal qonşusu tərəfindən aylardır yüksək və narahat edici səslərə məruz qalır.

Musavat.com xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. 

Bildirilir ki, Şimali Koreya sərhədinə yaxın Qangva adasında yaşayanlar günün müxtəlif vaxtlarında fərqli səslər eşitdiklərini bildirir və özlərini "səs bombardmanı qurbanları" kimi təsvir edirlər.

"Artıq təbiətin səslərini eşidə bilmirik. Tək eşitdiyimiz bu narahatedici və qorxunc səsdir", - kənd sakinləri Fransanın “Agence France-Presse” (AFP) xəbər agentliyinə bildiriblər.

Qeyd olunub ki, iyul ayından etibarən Şimali Koreya sərhəd bölgələrindəki səsucaldıcılar vasitəsilə gündə 10-24 saat davam edən təbliğat yayımlayır.

Səs mühəndisi Hvan Kvon-ik bu səs effektlərinin "1970-1980-ci illərin Cənubi Koreya qorxu filmlərində istifadə olunan səslərə bənzədiyini" deyir.

Mütəxəssislər bildirir ki, gecələr 60 desibeldən artıq səs-küy səviyyələrinə məruz qalmaq yuxu pozğunluqlarına səbəb ola bilər.

AFP müxbirləri Qangva adasında apardıqları araşdırmada səsin 80 desibel səviyyəsinə çatdığını müəyyən ediblər.

Adanın sakinləri bildirirlər ki, bu səs-küy səbəbindən mütəmadi olaraq ağrıkəsicilərdən istifadə edirlər. Onlar keçilərin vaxtından əvvəl doğum etməsi və toyuqların daha az yumurtlaması kimi hadisələri də bu səs bombardmanına bağlayırlar.

Musavat.com

Избранный
3
1
musavat.com

2Источники