RU

"ND COMPANY" qanunsuz işci çalışdırmaqda ittiham olunur

Tikinti mallarının tədarükü ilə məşğul "ND Company" barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub. 


Pravda.az-ın 32gun.az-a istinadən məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.


Məhkəmə prosesi Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baş tutacaq. 


İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.


Bildirək  ki, nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi Elvin Mahmudov Asif  oğludur. 


"ND Company” QSC Tikintidən kənd təssərufatına qədər biznesi əhatə edən “Caspian Capital Group” (CCG) şirkətlər qrupunun portfelində olan şirkətdir. 

Tarix: 21 Noyabr 2024, 13:33   
Избранный
24
6
pravda.az

10Источники