RU

ŞOTLAND ŞAİRİN ZƏFƏRİMİZ BARƏDƏ ŞEİRLƏRİ TƏQDİM EDİLDİ

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında

xalqımızın vətənpərvərliyini və igid oğullarımızın qəhrəmanlığını təbliq edən layihələr uğurla davam edir. Layihələr çərçivəsində bu gün oxuculara Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair Zeynəb Cəmaləddinin tərcüməsində şotland şairi Graham Smitin şeirlərini təqdim edirik.

 “Yalnız qırx dörd gün” şeirində Azərbaycan xalqının otuz il dünyadan ədalət gözləməsindən, sonda isə birləşərək, bir polad yumruq kimi düşmənin üzərinə enməsindən bəhs olunur. Şair qırx dörd gün ərzində Azərbaycan Ordusunun göstərdiyi əzmkarlığı və qüdrəti təsvir edir. Ən gözəl məqam isə Şuşanın fəthidir – fatehlərin gecənin zülmətində sıldırım qayaları aşaraq, heç bir güllə atmadan əlbəyaxa döyüşdə qalib gəlib Qarabağın ürəyinə çatmasıdır. Və “biz qayıtdıq, Şuşa” kəlmələri hər kəsin sevinc nidalarına çevrilir. Şair Graham Smit bütün bunları öz içindən keçirərək, hiss edərək, yaşayaraq qələmə almışdır. O, Azərbaycanı öz ikinci Vətəni kimi sevir.

“Qələbə günü Bakıda” şeiri Azərbaycanın Zəfərini simvollaşdıran şeirdir. Şeirdə Bakının ürəyindəki qədim xatirələrin, tarixin və mübarizənin izlərini hiss etdirərək, xalqın əzmkarlığını və birliyini vurğulanır. Şair Qələbənin Zəfər deyil, həm də xalqın gücünü və gələcəyə olan ümidini təsvir edir. Şair qeyd eidr ki, bu Qələbə təkcə bir ərazi uğrunda deyil, həm də millətin əzmkarlığı, birliyi və mətanətinin simvoludur. Torpaqların birləşməsi, millətin birliyi, Vətənə olan sevgi bu Zəfərin əsas motivləridir.

Şeirlərin tərcüməsi və orijinalı aşağıdakı keçiddə yerləşdirilib: https://drive.google.com/file/d/1yEiEuM7yK7ywjj4UmEFdtUQ2jOMRAm5W/view?usp=drivesdk

Y.Məmmədli

 

Избранный
24
1
tezadlar.az

2Источники